Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb

Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.

Azadmediatv.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə  prezidenti R.T.Ərdoğan iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Dövlət başçılarının təkbətək görüşündən sonra bir sıra müqavilələrin imza mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Türkiyə lideri bundan sonra Şuşa şəhərində gəzintiyə çıxacaq.

İyunun 16-da R.T.Ərdoğan Milli Məclisdə çıxış edəcək. Elə həmin gün  axşam prezident İlham Əliyevlə birlikdə  Uels-Türkiyə matçını izləyəcək.

Azadmediatv.com 

 

 





OXŞAR XƏBƏRLƏR